Deputat Hacıyev olimpiya çempionuna 1 milyon dollar verdi

Deputat Hacıyev olimpiya çempionuna 1 milyon dollar verdi

Hazırda oxunan: Deputat Hacıyev olimpiya çempionuna 1 milyon dollar verdi

32296

Sərbəst güləş üzrə ikiqat Olimpiya çempionu Əbdülrəşid Sadulayev mükafatlandırılıb.

Bizim.Media xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarında uğur qazanan idmançıya Rusiya Dövlət Dumasının deputatı Maqomed Haciyev bir milyon dollar mükafat verib. 

Bu barədə idmançı sosial media hesabında məlumat yayıb. Əbdülrəşid Sadulayev buna görə deputata təşəkkür edib:

"Olimpiadada qazandığım qələbəyə görə məni bir milyon dollarla mükafatlandıran Çarodinski rayonundan olan həmyerlim, Dövlət Dumasının deputatı Maqomed Hacıyevə təşəkkür etmək istəyirəm. Eyni zamanda məşqçim Şamil Ömərov da diqqətdən kənarda qalmadı".

Qeyd edək ki, 25 yaşlı Əbdülrəşid Sadulayev Tokio olimpiadasında 97 kq çəki dərəcəsində qızıl medal qazanıb. Sərbəst güləşçi Rio-de-Janeyro olimpiadasında da eyni uğura imza atmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO