Məktəbəhazırlıq qrupları üçün məktəb seçiminə start verildi

Məktəbəhazırlıq qrupları üçün məktəb seçiminə start verildi

Hazırda oxunan: Məktəbəhazırlıq qrupları üçün məktəb seçiminə start verildi

32273

 Bu gün saat 11:00-da məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə başlanılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. 

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq. 

Xatırladaq ki, Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətləri təqdim edir: 

- Təhsil Nazirliyinin “Çağrı Mərkəzi” 146-0; 

- Təhsil Nazirliyinin +994 51 206 78 48 vatsap nömrəsi; 

- Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Virtual qəbul” bölməsi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO