“Facebook”- da “DUA ET” funksiyası açıldı

“Facebook”- da “DUA ET” funksiyası açıldı

Hazırda oxunan: “Facebook”- da “DUA ET” funksiyası açıldı

32223

Artıq “Facebook”- da dua edilməsi üçün dostlara müraciət etmək mümkün olacaq. 
Postunun altından “Allah saxlasın”, “Allah qorusun”, “Şəfa arzulayıram”, “Səbirli olun” kimi populyar rəyləri görmək istəyənlər bunun üçün yaradılan xüsusi düyməni basaraq, dostlara müraciət edəcəklər.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə bunun üçün çoxsaylı iştirakçıları olan "Facebook” qruplarında yeni tətbiq təklif edir.

Əgər yeni iş üçün müsabiqəyə və ya imtahana gedirsinizsə, "Dua et" düyməsi vasitəsilə sosial şəbəkə dostlarınızdan dəstək istəyə bilərsiniz.

Qrup üzvləri eləcə də xəstəliklər, təbii fəlakətlər, böyük və kiçik çətinliklər üçün digər iştirakçılardan dua istəyə bilərlər. 

Hazırda yeni tətbiq yalnız ABŞ -da mövcuddur. Bəzi dini liderlər tərəfindən qarşılıqlı onlayn əlaqənin ən yeni yolu olaraq qəbul edilir. Tətbiqin dini cəmiyyətlər arasındakı bağları gücləndirmək məqsədi daşıdığı qeyd olunur. Ancaq həm də istifadəçilər məxfilik və təhlükəsizlik problemlərindən narahatdırlar. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO