Gəlin toy mərasimindən bir neçə saat sonra öldü - SƏBƏB

Gəlin toy mərasimindən bir neçə saat sonra öldü - SƏBƏB

Hazırda oxunan: Gəlin toy mərasimindən bir neçə saat sonra öldü - SƏBƏB

32197

ABŞ-da 26 yaşlı Angelika Dhondup toydan bir neçə saat sonra ölüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “People” nəşri yayıb.

Mənbə yazır ki, toy mərasimi 6 avqust cümə günü Utahda baş tutub.

Şənlikdən sonra gəlin 20 yaşlı qardaşı ilə toy hədiyyələrini evə qoymaq üçün yollanıblar. Məqsədləri sonradan geri qayıdaraq məclisdə iştirak etmək olub.

Ancaq magistral yolda bir yük maşını qəfildən onların qarşısına çıxıb. Toqquşma nəticəsində Dhondup yerindəcə ölüb.

Polis sükan arxasında sərxoş olduğu bildirilən pikap sürücüsünü saxlayıb. Dhondupun iki oğlu qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO