"Bu ilin 6 ayı ərzində Azərbaycanda 76 kommersiya qurumu dövlət qeydiyyatına alınıb".
Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-Hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Fəaliyyətsiz partiyalar LƏĞV olunmalıdırmı? – Tural Abbaslı: “60 yox, 12-13 partiya olsa...”
Onun sözlərinə görə, hazırda qeydiyyata alınan ümumi kommersiya qurumlarının sayı 4766-a çatıb:
"Bu qurumlardan 56-sı siyasi partiya, 3332-i QHT, 209-u fondlar, qalanları isə digər qurumların payına düşür.
Eyni zamanda bu il 21 mətbu nəşr uçota alınıb. Beləliklə, Azərbaycanda uçota alınmış ümumi mətbu nəşrlərin sayı 5382-ə çatıb".
Bizim.Media