Məşhur türkiyəli aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa vəfat etdi - FOTO

Hazırda oxunan: Məşhur türkiyəli aktrisa vəfat etdi - FOTO

32124

Son olaraq “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında “Hayriye Çakırbeyli” obrazını canlandıran məşhur türkiyəli aktrisa Sabina Toziya 75 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə serialın ssenaristi Bahadır Özdener “İnstagram”da bildirib.

“Allahdan anamıza rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik”, - paylaşımda deyilir.

Qeyd edək ki, S. Toziya 1946-cı il aprelin 17-də Makedoniyanın Skopye (Üsküb) şəhərində anadan olub. “Muhteşem Yüzyıl” serialında “Afife Hatun” obrazını canlandırıb.

Toziya, həmçinin “Bal Kaymak” və “Annemin Yarası” adlı filmlərdə də rol alıb.

Sənətkar 2021-ci ildə beynindəki şiş səbəbiylə qismən iflic olub və bu səbəbdən “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialından ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO