ERMƏNİLƏR ŞOKDA: Qafan hava limanından təyyarə havaya qalxa bilmir - SƏBƏB

ERMƏNİLƏR ŞOKDA: Qafan hava limanından təyyarə havaya qalxa bilmir - SƏBƏB

Hazırda oxunan: ERMƏNİLƏR ŞOKDA: Qafan hava limanından təyyarə havaya qalxa bilmir - SƏBƏB

32059

Qafandan İrəvana uçuşların açılmasına görə heç kim məsuliyyət daşımağa hazır deyil.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Hayastan” iqtisadi məsələlər komissiyasının rəhbəri vəzifəsinə namizəd olan Vaqe Akopyan parlamentdə çıxışı zamanı səsləndirib.

"Hava limanı üç il ərzində inşa edildi. Bunun üçün təxminən 18 milyon dollar xərcləndi və bir təyyarə alındı. Hazırda istismara hazırdır, amma sizin sayəsində ərazi sərhədə çevrildi”.

“Armeniasputnik.am” saytı Akopyanın dediklərindən sitat gətirib.

Onun sözlərinə görə, indi Qafan və İrəvan arasında uçuşlar etmək üçün məsuliyyəti heç kim üzərinə götürmür:

“İndiki hakimiyyət bu barədə danışmır. Xatırladıram ki, 90-cı illərdən bəri Ermənistanda hava limanı tikilməyib”.

Hələ 2021-ci ilin yanvarında Ermənistan Ombudsmanı Arman Tatoyan Zəngəzur mahalındakı (Sünik vilayəti) sərhədlərin uzlaşdırılması nəticəsində nəinki Qafan hava limanının, hətta İrəvana gedən yolun da təhlükə altında olduğunu bildirmişdi.

Qeyd edək ki, Qafan İrəvandan 5-6 saat aralıda yerləşir. Sovet dövründə burada hava limanı və dəmir yolu xətti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO