UNICEF Azərbaycana yeni nümayəndə təyin etdi

UNICEF Azərbaycana yeni nümayəndə təyin etdi

Hazırda oxunan: UNICEF Azərbaycana yeni nümayəndə təyin etdi

32048

Avqustun 10-da UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Aleks Haykens Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə  qurumdan məlumat verilib.

"UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm" – A. Haykens vurğulayıb.

Niderland vətəndaşı olan Haykens bundan əvvəl dörd il UNICEF-in Monqolustandakı nümayəndəsi olaraq fəaliyyət göstərib və uşaqların qorunması, sağlamlığı, qidalanması, su/sanitariya/gigiyena, təhsil, erkən uşaqlıq dövründə inkişaf, yeniyetmələrin həyat bacarıqları, sosial müdafiə, havanın çirklənməsi və iqlim dəyişikliyi kimi sahələri əhatə edən UNICEF-in Ölkə Proqramının icrasına rəhbərlik edib. 

2020-ci ildən başlayaraq o, diqqət və səylərini hökumətin COVID-19 pandemiyasının uşaqlara təsirini aradan qaldırmaq səylərinə dəstək, COVID-19 peyvəndlərinin əldə edilməsinə yönəldib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO