BDU-nun məzunu 14 xarici universitetin magistratura pilləsinə qəbul oldu - FOTO

BDU-nun məzunu 14 xarici universitetin magistratura pilləsinə qəbul oldu - FOTO

Hazırda oxunan: BDU-nun məzunu 14 xarici universitetin magistratura pilləsinə qəbul oldu - FOTO

32027

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsindən bu il məzun olan Günel Həsənova 14 xarici universitetin magistratura pilləsinə qəbul olub.

BDU-dan Bizim.Media-ya bildiriblər ki, həmin universitetlərin sırasında İtaliyanın məşhur Bolonya, Sapienza, Milan, Genuya, Ka foskari Venesia, Kataniya, Turin kimi nüfuzlu ali təhsil müəssisələri var.

G.Həsənova BDU-da təhsil aldığı müddətdə fəal tələbələrdən biri olub. O, “İqlim dəyişikliyinin səbəbləri”, “Gənclərin regional inkişafda rolu”, “Təbiət dostları”, “Alternativ enerji mənbələri” və s. layihələrə rəhbərlik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO