Bakı sakinini avtomobillə sürüyərək pulunu əlindən aldılar

Bakı sakinini avtomobillə sürüyərək pulunu əlindən aldılar

Hazırda oxunan: Bakı sakinini avtomobillə sürüyərək pulunu əlindən aldılar

32016

Bakıda qəribə soyğunçuluq hadisəsi qeydə alınıb.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, avqustun 8-də Bakı şəhər sakini R.İsgəndərov Nizami RPİ 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 4-də bir nəfərin ona məxsus içərisində 1200 manat olan pul kisəsini açıq talama yolu ilə apardığını bildirib.

R.İsgəndərov bildirib ki, təqsirləndirilən şəxs hadisə yerini tərk edərkən onun paltarından tutub getməsinə mane olub, lakin soyğunçu avtomobili hərəkətə gətirib onu 10-15 metr sürüyərək ayaq və qollarına xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Səfərzadə saxlanılıb.

Şəxsi axtarış və idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı ümumilikdə 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO