DSX  Xəzərdə əməliyyat keçirdi, şübhəli bağlama tapıldı - FOTO

DSX  Xəzərdə əməliyyat keçirdi, şübhəli bağlama tapıldı - FOTO

Hazırda oxunan: DSX  Xəzərdə əməliyyat keçirdi, şübhəli bağlama tapıldı - FOTO

31981

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd¬birlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, avqust ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilən bir ədəd şübhəli bağlama aşkarlanıb.

Bağlamaya keçirilən baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqam 255 qram “tiryək”ə bənzər narkotik vasitə aşkar olunaraq götürülüb, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Avqustun 8-də 13:50 radələrində Xəzər dənizinin mərkəzi istiqamətində “Amburan” reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən sahildən təxminən 740 metr məsafədə 1 nəfər şəxsin batma təhlükəsi ilə üzləşməsi müşahidə edilib.

Qeyd olunan istiqamətə dərhal gəminin itisürətli kateri göndərilərək Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Həşimov Vüqar Ədalət oğlu xilas edilmiş və onun sahilə təxliyəsi təmin olunub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO