DOST 3 yaşında

DOST 3 yaşında

Hazırda oxunan: DOST 3 yaşında

31923

Bu gün DOST Agentliyinin yaranmasından 3 il ötür.

Bizim.Media xəbər verir ki, Agentlik “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli, 229 nömrəli Fərmanına əsasən yaradılıb. 
 

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi ilə yanaşı sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaradıb. 


İndiyədək DOST mərkəzlərində 471 674 vətəndaşa xidmət göstərilib. Ümumi müraciətlərin 72,5%-i (341 969) sosial müdafiə, 13,2%-i (62 282) məşğulluq, 10,55%-i (49 741) əlillik, 3,25%-i (15 341) arayışların verilməsi, 0,5%-i (2 341) isə əmək münasibətləri sahələrinə aid olub. 

DOST mərkəzləri üzrə sosial xidmətçilər və DOST könüllüləri tərəfindən 56 906 sosial xidmət göstərilib. Sosial xidmət göstərilən vətəndaşlar, əsasən tənha ahıl və əlilliyi olan şəxslər olub.

“Çağrı Mərkəzi 142” tərəfindən isə ötən dövr ərzində 1.3 milyon vətəndaş müraciəti cavablandırılıb. 

Hazırda DOST mərkəzlərində ümumilikdə 186 nəfər könüllü fəaliyyət göstərir. İndiyə qədər 940 nəfər “Könüllü DOST” proqramının məzunu olub. Onlardan 99-u isə artıq DOST Agentliyinin aparatının və DOST mərkəzlərinin əməkdaşı kimi fəaliyyətini davam etdirir. 

Hesabat dövründə vətəndaş məmnunluğu 97,5 % təşkil edib. DOST mərkəzlərində əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə ümumilikdə 152 növdə xidmət göstərilir.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən, Bakıda və respublikanın regionlarında 17 DOST mərkəzi və 47 DOST filialının açılması nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO