“Azərbaycan hərbi yola əl ata bilər” – Qabil Hüseynlidən ŞƏRH 

“Azərbaycan hərbi yola əl ata bilər” – Qabil Hüseynlidən ŞƏRH 

Hazırda oxunan: “Azərbaycan hərbi yola əl ata bilər” – Qabil Hüseynlidən ŞƏRH 

31886

“Google Maps”də Kərki Azərbaycan ərazisi kimi göstərilib. Bəzi məlumatlarda Azərbaycanın Arazdəyənə, Gorus-Qafan yoluna nəzarət etdiyi kimi nüanslar da yer alıb. Ümumiyyətlə, Azərbaycan-Ermənistan sərhədində baş verənlər və rəsmən açıqlanmayanlar barədə nə deyə bilərsiniz?

“Kərki kəndi haqqında Paşinyan ən azı iki dəfə danışıb və bu məsələlərin müsbət həllini tapacağı barədə fikirlər səsləndirib. Amma Paşinyan dünənki, kapitulyasiya dövrünün Paşinyanı deyil” deyən politoloq Qabil Hüseynli sözlərini belə izah etdi ki, Nikol təkəbbürlü olub və yenə lovğa bəyanatlar səsləndirməyə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Kərki kəndinə NƏZARƏT EDİR - FOTO


Bizim.Media-nın gündəmə gətirdiyi mövzu ətrafında münasibət bildirən politoloq qeyd etdi ki, Paşinyanın yalvar-yaxarından sonra ruslar sərhəd qoşunlarının bir hissəsini Qazaxın işğalda olan 7 kəndində yerləşdirib.

Özü də ki, ermənilərin ağlına nə gəlir onu da söyləyirlər:

“Ermənilər bu 7 kəndi anklav adlandırırlar. Yəni, Ermənistanın ərazisində Azərbaycan tərəfindən əldə edilmiş torpaqlar kimi qələmə verirlər. Amma Qazaxın o kəndlərinin hamısı qədim kəndlərdir. Hətta Çar Rusiyası dövründə də Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasına aid olublar. Sovet dövrünün xəritələrində də bu kəndlərin Azərbaycana aid olduğu əks olunub”.

Tarixə nəzər salan politoloq bildirdi ki, SSRİ dövründə həmin 7 kənddən ikisinin arasında ermənilər kiçik yol çəkiblər. İndi də iddia edirlər ki, ermənilərin oradan strateji yolu keçir.

Qeyd edək ki, SSRİ zamanı həmin yolun çəkilməsinə Moskvanın təzyiqi ilə Bakı icazə verib. Həm də o vaxt münasibətlər gərgin deyildi və düçmənçilik xarakteri daşımırdı:

“İndi bu 7 kənd ətrafında müxtəlif spekulyasiyalara gedirlər və ruslar da bundan çox ustalıqla öz strateji məqsədləri üçün istifadə edirlər. Kərki kəndi haqqında da hələ eyni şeyi demək olar. Amma Kərki kəndindən Şahbuz rayonuna kimi bir sıra yüksəkliklər var idi ki, ora neytral zona adlanırdı. Azərbaycanın Naxçıvan əlahiddə qoşun hissələri 2018-ci ildə bu zonada həm təpəlikləri, 2 min kv.km-dən ərazini nəzarətə götürdü, Cünnüt kəndini (Günnüt) işğaldan azad etdi. Bu mövqelər Kərki ilə yaxın və qonşu ərazilərdir.

Kərki hazırda boşdur, erməni qüvvələri bu kənddən xeyli aralıdadır. Və ermənilər Kərkiyə tam nəzarət edə bilmirlər. 


Bakı Kərkinin, Qazaxın 7 kəndinin, Laçındakı Qaragölün də Azərbaycana razılıqla verilməsini istəyir. Çünki bu, yeni qarşıdurma və müharibəyə gətirib çıxara bilər. Yəni, İrəvan Bakını çıxılmaz vəziyyətə salmasın, ermənilər Azərbaycanı qeyri-səmimi, avantürüst hərəkətlərlə əsəbləşdirməsinlər. Çünki Azərbaycan sülh danışıqlarının potensialının tükəndiyini gördükdə hərbi yola əl ata bilər”, - deyə Qabil Hüseynli fikrini yekunlaşdırdı. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO