Bu həftə Bakıda dezinfeksiya olmayacaq

Bu həftə Bakıda dezinfeksiya olmayacaq

Hazırda oxunan: Bu həftə Bakıda dezinfeksiya olmayacaq

3188

Bakı Şəhər İcra Hakimiyyətinin əhaliyə müraciəti var.

Küçələri və yaşayış yerlərinin dezinfeksiya olunmasını istəyən sakinlər (012) 492-63-11 Qaynar Xəttinə  zəng etsinlər. Zənglər 24 saat ərzində  qəbul edilir.

Ola bilər ki, o küçə, ərazi bizim siyahıda yoxdur. Amma buna baxmayaraq biz gəlib həmin yerləri virus əleyhinə məhlulla təmizləyəcəyik.

Bu məlumatı Bizim.Media-ya  Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov bildirib.

Dezinfeksiya işləri Bakı şəhər, Mənzil Komunal Təsərrüfat Departamenti həyata keçirir.

Departament tərəfindən məhlul, aparat, geyim və digər maddi-texniki bazada zəruri olan bütün ehtiyaclar verilir.

Biz əsasən lift kabinələri, uşaq meydançaları, blokları və əhalinin sıx  gediş-gəlişi olan digər əraziləri dezinfeksiya edirik.

Niyə mərkəzdə olan əsas küçələr və yaşayış məntəqələri dezinfeksiya olunur? sualına cavab olaraq qrum sözçüsü, həyət evləri olan yolu əsas küçə adlandırmaq çətin olduğunu deyir.

"Bizim monitorinq qruplarımız var. Onların araşdırmalarına  əsasən bilirik ki, bu küçədən kütləvi şəkildə  gediş-gəliş var. Ona görə də məhz o yerləri  dezinfeksiya edirik".

"Maşınlarda olan “GPS” sistemi  ilə dezinfeksiya olunan küçə və ərazilərdə görülən işləri izləmək imkanımız var.  Bizə olan müraciətlər əsasında anındaca əraziləri virus əleyhinə məhlulla təmizləyirik".

"Mərkəzdən kənar küçə və yaşayış yerlərinin sakinlərinin diqqətinə çatdırmaq istəyirəm ki, bizim Qaynar Xəttə müraciət etsinlər. Onların  da müraciətlərinə anındaca baxılacaq”, - deyə əlavə edir".

Mətin Hüseynov ictimiayyətin diqqətinə onu da çatdırdı ki,  bu həftə sonu-21-22 noyabr tarixində Bakı şəhərində dezinfeksiya işləri aparılmayacaq!

Gülşanə Mustafayeva, Bizim.Media


  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO