Təcavüzə məruz qalan 18 yaşlı qız intihar etdi - VİDEO

Təcavüzə məruz qalan 18 yaşlı qız intihar etdi - VİDEO

Hazırda oxunan: Təcavüzə məruz qalan 18 yaşlı qız intihar etdi - VİDEO

31846

Ankarada 18 yaşlı Eda Nur Kaplan on beşinci mərtəbədəki evinin eyvanından özünü atmaqla intihar edib.

Bizim.Media xəbər verir ki, gənc qızın ölümündən əvvəl polisə getdiyi və 2 nəfər tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Polis şübhəlilərdən birini tutlduqdan sonra sərbəst buraxıb, digərinin isə hələ də axtarışda olduğunu açıqlayıb. 

Gənc qızın yaşadıqları ilə barışa bilmədiyi və təcavüzkarları sərbəst buraxıldıqdan sonra intihar etdiyi iddiası sosial medianı bir-birinə vurub. 

İddiaya görə, qızı spirtli içki təsiri altında olan iki nəfər zorlayıb. 

"Ana, balaca qızın artıq bəzi şeylərə dözə bilmir, hər şeyin yaxşı olacağına inanmır. Öməri, bacım Aleynanı və Almaniyanı çox sevirəm" deyə qız yazdığı məktubda bildirib.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO