KTMT baş katibi Ermənistana gəldi – SƏBƏB

KTMT baş katibi Ermənistana gəldi – SƏBƏB

Hazırda oxunan: KTMT baş katibi Ermənistana gəldi – SƏBƏB

31815

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas avqustun 9 -da bazar günü Ermənistana işgüzar səfərə gəlib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı təşkilatın mətbuat katibi Vladimir Zainetdinov yayıb.

Onun sözlərinə görə, Zas İrəvanda ölkənin ən yüksək siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.

Xüsusilə, iki gün ərzində belaruslu generalın baş nazir Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşü planlaşdırılır. Görüşlər zamanı Stanislav Zas KTMT-nin məsuliyyət zonasında yaranmış vəziyyət, habelə Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq barədə erməni tərəfini məlumatlandıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO