Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.
Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Bizim.Media
![Azərbaycanda şagirdlərin yerdəyişməsinə başlanılır Azərbaycanda şagirdlərin yerdəyişməsinə başlanılır](https://bizim.media/file/articles/2021/08/09/1628485216_0de-4-kcur.jpg)
- A-
- A
- A+
Cəmiyyət
08:58 / 09.08.2021
Azərbaycanda şagirdlərin yerdəyişməsinə başlanılır
Hazırda oxunan: Azərbaycanda şagirdlərin yerdəyişməsinə başlanılır
Hazırda oxunan: Azərbaycanda şagirdlərin yerdəyişməsinə başlanılır
31789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.