Vilayət Eyvazov vəfat edən polisin vida mərasimində - FOTO

Vilayət Eyvazov vəfat edən polisin vida mərasimində - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov vəfat edən polisin vida mərasimində - FOTO

31499

Daxili işlər naziri polis əməkdaşı ilə vida mərasimində iştirak edib.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. 

Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib.  

Polis əməkdaşı ilə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO