Azərbaycanın “siqnal xəstəliyi” – Yol polisi Bizim.Media ilə İŞƏ BAŞLADI 

Azərbaycanın “siqnal xəstəliyi” – Yol polisi Bizim.Media ilə İŞƏ BAŞLADI 

Hazırda oxunan: Azərbaycanın “siqnal xəstəliyi” – Yol polisi Bizim.Media ilə İŞƏ BAŞLADI 

31421

Bakı dünyanın ən səsli-küylü şəhərlərindəndir. Bu şəhərdə səs fonu o qədər yüksəkdir ki, ekspertlərin fikrincə, insan sağlamlığı üçün tühləkəli həddi keçib. Görülən tədbirlərə baxmayaraq, bunun qarşısını almaq hələ də mümkün deyil. Küçələrdə lüzumsuz siqnal verən sürücülər hələ də qalmaqdadır. Bəzi sürücülər təhlükəli vəziyyət və yaxud qəza şəraiti olmadan yerli-yersiz harda gəldi səs siqnalından istifadə edir. Paytaxtın bəzi ərazilərində, xüsusilə yaşayış məntəqələrində siqnaldan istifadəni məhdudlaşdıran nişanlar qoyulsa da, buna əməl edən çox az sürücü, hətta gecə saatlarında yüksək səs siqnalları ilə insanların rahatlığını pozan, psixi pozuntulara qədər gətirib çıxaran sürücülər də var.

Müşahidələr göstərir ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda səs siqnalından istifadə çoxluq təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstana avtobus marşurutları açılır? – PROTOKOL İMZALANDI


Bir sözlə ölkəmizdə “siqnal xəstəliyi” var. Halbuki İnzibati Xətalar Məcəlləsində də qeyd olunur ki, sürücülər yalnız təhlükəli hal və qəza şəraiti yarandıqda siqnaldan istifadə edə bilərlər.

Bakı şəhəri üzrə Dövlət Yol Polisinin Bizim.Media-ilə əməkdaşlığı...

Qeyd edək ki, bu gündən etibarən Bizim.Media olaraq yol hərəkəti təhlükəsizliyinin təbliğat işinin gücləndirilməsi ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla birgə əməkdaşlığa start veririk.

Məqsəd “Yol Hərəkəti Haqqında” qanunun təbliğatının səmərəli təşkili, yol hərəkətində nizam-intizamın yüksəldilməsi, eləcə də hərəkət iştirakçıları arasında yol mədəniyyətinin formalaşmasına xidmət etməkdir. 

Əməkdaşlıq çərçivəsində davam edən silsilə yazılarda qurum rəsmisinin yol hərəkəti təhlükəsizliyinə dair müxtəlif mövzularda özəl açıqlamaları və statistik məlumatları yer alacaq. 

Yüksək səs siqnalları yox dərəcəsindədir

Sözügedən əməkdaşlığı əsas götürərək Vaqif Əsədovla yerli-yersiz səs siqnalından istifadə edən mövzuda söhbətləşdik.

Qurum rəsmisi insanların rahatlığını pozan və bəzən ciddi problemlərə səs siqnalı ilə bağlı xeyli müsbət nəticələrə nail olduqlarını vurğulayıb:

“Hər kəs bilir ki, səs siqnallarının verilməsi olmaz. Bu, qanunvericiliyin tələbidir. İstehsalçı zavodun müəyyən etdiyi səs siqnalından yalnız iki halda istifadə etməyə icazə verilir. Ya yaşayış məntəqəsindən kənarda qarşıda hərəkət edən maşını ötmək istəyirsənsə, xəbərdar edirsən. Ya da yol-qəza hadisəsinin yaranmaması üçün səs siqnalını vermək olar. Amma real duruma baxaq. Səs siqnalı ilə salamlaşırıq, xudafizləşirik, yol veririk, sanki yarışırıq, sevinirik, hətta ailə belə qururuq. Yaxşı haldır ki, yol polisi bu günə qədər məqsədli və ardıcıl apardığı tədbirlər sayəsində müsbət nəticələr əldə edib”.

Vaqf Əsədov artıq Bakı küçələrində çox avazlı və yüksək tonlu səs siqnallarının yox dərəcəsində olduğunu əlavə edib:

“Çox avazlı, yüksək tonlu səs siqnallarından söhbət gedirsə, konkret müsadirə nəzərdə tutulub. Yəni çox avazlı, yüksək tonlu səsi artırıb-azaldan musiqi səsi tipli siqnallarının avtomobilə tətbiq edilməsi və ondan istifadə edilməsi birbaşa məhkəmə predmetidir. Yəni səs siqnalı həm müsadirə olunur, həm də sürücüyə 500 manat cərimə tətbiq olunur. İndi görün o səs siqnallarından var? Vaxtilə “Ələsgər” və müxtəlif əcaib, eybəcər səs siqnalları var idi. Bu da yol polisinin mətbuatla birgə məqsədli tədbirlərinin nəticəsidir. Sadəcə indi səs siqnalı verib yol istəyənlər qalıb. Yaxud arxada duran nəqliyyat vasitəsinin  sürücüsü qarşıdakını “sür” deyə tələsdirir. Bəlkə yolda piyada var və ya stefor hələ getməyə icazə vermir. Naşı sürücülərin olduğunu deməzdim. Sadəcə bir iki sürücü var ki, şəxsi mənafeyini üstün tutur”. 

7 ayda 150 nəfər...

Vaqif Əsədov bu ilin yanvarından indiyədək səs siqnalına görə inzibati məsuliyyətə cəlb olunanlarla bağlı da məlumat verib.

O, deyib ki, çoxavazlı, yüksək tonlu, sirena tipli siqnalların tətbiqi ilə bağlı məhkəmələrə 50-yə yaxın sürücü barəsində toplanmış sənədlər göndərilib:

“Hansı ki, məhkəmə qərarları ilə həmin siqnallar müsadirə edilib və sürücülərə 500 manat cərimə tətbiq edilib. İstehsalçı zavodun müəyyən etdiyi adi səs siqnallarından istifadəyə görə Bakı şəhəri ərazisində 100-dən artıq protokol tərtib edilib. Xüsusilə, bu qayda pozuntularına quraşdırılmış yol nişanlarının təsir zonasında, “sərt siqnallarının verilməsi qadağandır” nişanlarının yer aldığı məkanlarda yol verilib. Məsələn, İstiqlaliyyət, S.Vurğun küçələrində, Azadlıq prospekti və digər ərazilərdə sözügdedən hallar aşkar edilib. Hansı ki, həmin ərazilərdə “səs siqnalları qadağandır” nişanları yerləşdirilib”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO