Daxili İşlər Nazirliyi (DİN) karantinlə bağlı vətəndaşlara müraciət edib.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan müraciətdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik!''
''Bununla yanaşı xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb''.
''Odur ki vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik''.
''Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir''.
''Səbrli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:36 / 20.11.2020
DİN vətəndaşlara müraciət etdi
Hazırda oxunan: DİN vətəndaşlara müraciət etdi
Hazırda oxunan: DİN vətəndaşlara müraciət etdi
3138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.