ERMƏNİ SABOTAJI: “Rus sülhməramlıları Qazaxa yerləşdirilə bilməz” – Politoloqdan ŞƏRH

ERMƏNİ SABOTAJI: “Rus sülhməramlıları Qazaxa yerləşdirilə bilməz” – Politoloqdan ŞƏRH

Hazırda oxunan: ERMƏNİ SABOTAJI: “Rus sülhməramlıları Qazaxa yerləşdirilə bilməz” – Politoloqdan ŞƏRH

31323

Erməni mətbuatının yaydığı xəbərə görə, rus sülhməramlıları ermənilərin işğal etdikləri Azərbaycanın anklavı olan Qazaxın 7 kəndinə yerləşdirilir. Bəzi mütəxəssislərin fikrincə, bu addım tezliklə 7 kəndin Azərbaycana qaytarılmasına işarədir. Əslində nə baş verir?
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın sərsəmlik ritorikası – Nikol yenə sözündən qaçır


Bizim.Media-ya danışan politoloq Əli Hacızadə bildirdi ki, erməni seqmentində yayılan informasiyalar əksər vaxt təxribat xarakteri daşıyır: 

“Erməni mediasının Qazağın işğal altında olan kəndlərində guya rus sülhməramlılarının gəldiyi xəbəri hələ tam olaraq təstiqini tapmayıb və oradan yayılan bu tip xəbərlərə şəxsən mən şübhə ilə yanaşıram, çünki bundan əvvəl də bu tip və oxşar dezinformasiyaların şahidi olmuşuq”.

Politoloq qeyd edib ki, əslində Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının mandatı Qazağın kəndlərinə şamil olunmur.

“Orada görünən rus əsgərləri, Ermənistan sərhəddini qoruyan Rusiya sərhəd qoşunlarının hərbiçiləri də ola bilər. İstənilən halda Ermənistandan gələn bu tip xəbərlərə şübhə ilə yanaşmaq lazımdır”.

Politoloq sülh müqaviləsinin imzalanmasını qəsdən gecikdirən erməni hakimiyyətini sabotajda da günahlandırıb:

“Qazaxın işğal altından olan kəndlərinin və Naxçıvan MR aid olan Kərki kəndinin Azərbaycana qaytarılması həm də sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə bağlıdır. Lakin bildiyimiz kimi Ermənistan sərhədlərin müəyyən olunması və geniş sülh müqaviləsi imzalanması məsələsini uzadır və faktiki sabotaj edir”. 

Qeyd edək ki, Qazaxın 7 - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli - kəndlərinin, o cümlədən Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndinin geri qaytarılması aylardır müzakirə edilir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO