Paşinyan İranda yenə TƏXRİBAT EDƏCƏK – Bu dəfə “Qarabağ Ermənistandır” deyə biləcəkmi?

Paşinyan İranda yenə TƏXRİBAT EDƏCƏK – Bu dəfə “Qarabağ Ermənistandır” deyə biləcəkmi?

Hazırda oxunan: Paşinyan İranda yenə TƏXRİBAT EDƏCƏK – Bu dəfə “Qarabağ Ermənistandır” deyə biləcəkmi?

31314

“Ermənistan baş naziri Nikol Paşinyan yenə İranda və yenə təxribat axtarışındadır. O, vəzifəsini rəsmiləşdirdikdən sonra ilk xarici səfərini İrana reallaşdırır. Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə şəxsən qatılmaqla bu ölkə ilə münasibətlərə verdiyi əhəmiyyəti ortaya qoyur”.

Bizim.Media-nın xəbərinə görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkə hesabında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın sərsəmlik ritorikası – Nikol yenə sözündən qaçır


Politoloq xatırladır ki, Nikol Paşinyan sonuncu dəfə İranda rəsmi səfərdə 2019-cu ilin fevralında olub və həmin səfər qalmaqalla yadda qalıb: 

“Paşinyan Tehranda erməni icmasının nümayəndələri ilə görüşərək arxa planda “Dağlıq Qarabağ Respublikasının” qondarma bayrağı və “Qarabağ Ermənistanındır” şüarı asılmış selfisini yaydı. Rəsmi Bakı Tehrandan bu toplantıya aydınlıq gətirməsini tələb etdi. İran rəsmiləri anladılar ki, İran ermənilərinin Paşinyanın selfisi ilə birgə həyata keçirdiyi təxribat İranın özünün əleyhinə işlədi”.

Elxan Şahinoğlu hesab edir ki, Paşinyanla görüşəcək İbrahim Rəisi praqmatik siyasətçidirsə, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə bitdiyini anlamalı, ermənilərin təxribatlarının qarşısını almalı və yeni xarici işlər naziriniə tapşırmalıdır ki, İranın Ermənistandakı səfiri bu dəfə qeyri-diplomatik hərəkətlər etməsin. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO