"Lotu Quli"nin adamları şəmkirli iş adamını belə öldürdülər - ANBAAN VİDEO

Hazırda oxunan: "Lotu Quli"nin adamları şəmkirli iş adamını belə öldürdülər - ANBAAN VİDEO

31269

Ukraynanın Odessa şəhərində gənc iş adamı avtomatla qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, qətlə yetirilən şəxs Odessa şəhərində kiçik sahibkarlıqla məşğul olan Şəmkir rayon İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Nurəddin oğlu Məmmədovdur.

Onun xüsusi krminal qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir. Artıq L.Məmmədovun qətl anı və cinayətkarın görüntüsü də yayılıb.

Bildirilir ki, L.Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan krminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.

İddia olunur ki, S.Mirzəyev ötən il Antalyada qətlə yetirilən "Lotu Quli” kimi tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Odessa şəhəri üzrə dəstəsinin rəhbəridir. 

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO