Sevgilisini axtaran gənc 8 maşına zərər vurdu - VİDEO

Sevgilisini axtaran gənc 8 maşına zərər vurdu - VİDEO

Hazırda oxunan: Sevgilisini axtaran gənc 8 maşına zərər vurdu - VİDEO

31264

Rusiyalı gənc mövcud olmayan sevgilisini axtarmaq üçün səkkiz maşının şüşəsini qırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı kadrlar yayıb.

Görüntülərdən aydn olur ki, gənc əvvəlcə daşla, sonra isə çəkiclə avtomobillərə zərər vurub.

Sakinlərdən biri hadisəni görüb həm öz maşınını, həm də digərlərininkini qorumaq üçün gəncə mane olmağa çalışıb. Qarşı tərəf isə maşınların birinin yük yerində sevgilisinin olduğunu deyərək, əməlinə davam edib. Bundan sonra yerli sakin polis çağırmaq məcburiyyətində qalıb.

Dələduzun 30 yaşlı Nikolay Kubarev olduğu ortaya çıxıb.

Maşın sahibləri şikayət ərizəsi yazıb, kişi saxlanılıb. Yeri gəlmişkən, hadisə yerində heç bir qızın olmadığı aydınlaşıb.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO