20 ölkədən Azərbaycana gəlmək olar, bəs BİZDƏN? – SİYAHI 

20 ölkədən Azərbaycana gəlmək olar, bəs BİZDƏN? – SİYAHI 

Hazırda oxunan: 20 ölkədən Azərbaycana gəlmək olar, bəs BİZDƏN? – SİYAHI 

31021

Avqustun 5-dən etibarən Azərbaycana 20 ölkənin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə giriş-çıxışına icazə verilib.

Bununla bağlı Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarıldı


Belə ki, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya və Yunanıstandan ölkəmizə pandemiya qaydalarına riayət olunmaqla hava nəqliyyatına icazə verilib. 

Azərbaycandan gedişdə isə hər ölkənin öz tələbi var. Uçuşların bərpa olunduğu ilk ölkə Türkiyədir.

Əldə edilən razılaşmaya əsasən, AZAL və "Türk Hava Yolları" iyulun 2-dən etibarən həftədə hər biri 2 dəfə olmaqla qarşılıqlı uçuşlar həyata keçirir. Üstəlik AZAL İstanbul-Bakı-İstanbul marşrutu üzrə uçuşların sayını həftədə 4-ə yüksəldib. 

Azərbaycan vətəndaşlarını qəbul edən başqa bir ölkə Gürcüstandır. Qonşu ölkəyə hava nəqliyyatı açıq olsa da, quru sərhədin açılması ilə bağlı ikitərəfli müzakirələr gedir. Digər gedə biləcəyimiz ölkə Belarusdur. Bakı-Minsk reysləri artıq açılıb və biletlər satışa çıxarılıb. Bakı-Kiyev xüsusi reysləri isə avqustun 2-dən etibarən həftədə 1 dəfə həyata keçirilməyə başlanılıb. 

Bakı-London təyyarə reysləri 16 iyuldan etibarən başlayıb. Bu reyslə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınır. Həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

London-Bakı reysinə Azərbaycan vətəndaşları və ölkəmizdə daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılır.

Bundan əlavə yay istirahətinin populyar məkanları olan Baham və Maldiv adalarına da yalnız koronavirus testi verməklə səyahət etmək mümkündür. Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Balkan ölkələrinə COVID pasportu olmayan şəxslər koronavirus testi verməklə gedə bilərlər.

Koronavirus testi həm Azərbaycanda, həm də geri qayıdan zaman həmin ölkələrdə tətbiq olunur.

Xatırladaq ki, yeni qaydalara əsasən, uçuşlara hər ikitərəf üzrə yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılır. Bakıya gələn sərnişinlər 14 gün müddətində evdən çıxmayacaqlarına dair aeroportda iltizam imzalamalı olurlar.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO