“Ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə Türkiyəni cənginə alan meşə yanğınlarına qarşı dövlətin bütün imkanları səfərbər edilərək mübarizə davam edir və 35 əyalətdə 129 yanğından 122-si nəzarət altına alınıb:
“Xoş niyyətli hər yardım və tövhə milli birliyimizin gərəyidir. Ancaq axşamdan etibarən ölkə xaricindən və bir mərkəzdən dövlət-millət birliyimizi zəiflətmək məqsədilə kampaniya başladılıb. Hazırda sosial platformalarda, anlıq mesajlaşma qruplarında, forumlarda yayılan məlumatların böyük əksəriyyəti yalandır. Belə bir təbii fəlakət vəziyyətində yalan məlumat yayanların tələsinə düşməyək. Yalnız rəsmi qurumların açıqlamalarına etimad edək”.
Türkiyənin güclü olduğunu vurğulayan Fəxrəddin Altun bu sınağıı da dəf edəcəklərini əlavə edib:
“Dövlətimiz dimdik ayaqdadır. Prezidentimizin dediyi kimi, itirdiyimiz həyatlar istisna olmaqla bütün itkilərimizi kompensasiya edəcəyik və içimizi yandıran bu odu söndürəcəyik”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:49 / 03.08.2021
“Türkiyəni aciz göstərmək üçün kampaniya başladılıb” – Fəxrəddin Altun
Hazırda oxunan: “Türkiyəni aciz göstərmək üçün kampaniya başladılıb” – Fəxrəddin Altun
Hazırda oxunan: “Türkiyəni aciz göstərmək üçün kampaniya başladılıb” – Fəxrəddin Altun
31012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.