Sahibə Qafarova Eldəniz Səlimovla bağlı qərara imza atdı

Sahibə Qafarova Eldəniz Səlimovla bağlı qərara imza atdı

Hazırda oxunan: Sahibə Qafarova Eldəniz Səlimovla bağlı qərara imza atdı

31011

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında qərar verib.

Bizim.Media xəbər verir ki, qərar spiker Sahibə Qafarova tərəfindən imzalanıb.

Qərarda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi deputat Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına baxaraq, Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının bu məsələyə dair rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 22-ci maddəsinə, habelə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”

Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin üçüncü hissəsinə əsasən qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO