“Tərtər işi” hələ də ölkə gündəmini zəbt edən müzakirələr predmetidir. Əsl mahiyyəti ictimaiyyətin marağında olan hərbi cinayətlə bağlı ayrıntıları hər kəs öyrənmək istəyir.
Respublika Hərbi Prokurorluğu sorğumuz əsasında məlum olayla bağlı Bizim.Media-ya daha bir neçə istintaq videoları təqdim edib.
MÖVZU İLƏ BAĞLI:
“Tərtər işi”nin müstəntiqindən ÖZƏL MÜSAHİBƏ - İSTİNTAQ VİDEOLARI
Görüntülərdə zərərçəkmişlərin ifadələri, dövlətə xəyanətə görə məhkum edilmişlərin düşmənlə məxfi təması və əməkdaşlığı barədə etirafları, üzləşmə səhnələri əks olunub.
Xatırladaq ki, “Tərtər işi”ndə istintaq əməliyyat qrupunun üzvü hazırda Tərtər Hərbi Prokuroru vəzifəsində çalışan Hümmət Məmmədovun sözügedən hadisə ilə bağlı saytımıza təqdim etdiyi bir neçə istintaq videolarını ictimailəşdirmişdik. Həmin videolarda da zərərçəkmişlərin ifadə və etiraflarından, məhkum edilmişlərin düşmənlə əməkdaşlığından söz açılırdı.
İstintaq materiallarının davamı olaraq təqdim edəcəyimiz bu dəfəki videoda isə əsgər Turan İbrahimlinin düşmənin sifarişi ilə Türkiyə istehsalı olan gecəgörmə cihazını onlara necə aparmasından bəhs olunur:
“3 nəfər qarşıda, 3 nəfər isə arxada, heç nə edə bilmədim. Silahla vurdular yıxdılar, başımıza torba keçirdilər və əllərimizi bağladılar”.
MÖVZU İLƏ BAĞLI:
Ehtiyatda olan polkovnikdən “Tərtər” işi ilə bağlı – “Təmiz adamları çirkaba batırmaq...” - ÖZƏL
Daha ətraflı təqdim edəcəyimiz videgörüntüdə tanış ola bilərsiniz:
Alçina Amilqızı, Bizim.Media
P.S. Bizim.Media-nın sorğusuna əsasən Hərbi Prokurorluğun “Tərtər işi” ilə bağlı redaksiyamıza ünvanladığı bəzi məlumat və videoların ardını növbəti yazılarımızda təqdim edəcəyik.