Polisi döyən deputat bu gün həbs ediləcək? - Vəkil DANIŞDI 

Polisi döyən deputat bu gün həbs ediləcək? - Vəkil DANIŞDI 

Hazırda oxunan: Polisi döyən deputat bu gün həbs ediləcək? - Vəkil DANIŞDI 

30981

Polisə qarşı zor tətbiq etdiyi üçün barəsində cinayət işi açılan deputat Eldəniz Səlimovun toxunulmazlıq hüququ ləğv edilib. Milli Məclis Respublika Baş Prokurorunun müraciətinə uyğun olaraq belə qərar çıxarıb. 

Qeyd edək ki, sabiq deputat Eldəniz Səlimov barəsində Cinayət Məcəlləsinin 309.2 (səlahiyyət həddini aşaraq zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb. Barəsində çıxarılacaq cəza məhkəmə-istintaq hərəkətlərindən sonra bəlli olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Eldəniz Səlimovun deputatlığına XİTAM VERİLDİ - SON DƏQİQƏ


Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında Eldəniz Səlimova 5 il azadlıqdan məhrumetmə cəzası tətbiq oluna biləcəyini deyib:

“Onun barəsində cinayət işi açılıb. Toxunulmazlıq ləğv ediləndən sonra cinayət işi davam edəcək və bu çərçivədə də qərarlar qəbul olunacaq. Əməlinin ağırlığı qiymətləndirilərək, Prokurorluq barəsində qəti-imkan tədbiri seçməlidir. Çox güman ki, məhkəmənin  hökmü ilə azadlıqdan məhrumetmə cəzası olacaq. Şərti və azadlığın məhdudlaşdırılması cəzaları da tətbiq oluna bilər. Bütün seçimlər mümkündür. Əlbəttə ki, əvvəlcədən bunları söyləmək çətindir”.

Vəkil hesab edir ki, Eldəniz Səlimov barəsində 309.2 ilə paralel əlavə maddələr də tətbiq olunmalıdır:

“Ya 221, yaxud da 315-ci maddə öz əksini tapmalıdır. Konkret xuliqanlıq və adamdöymə faktı var. Səlahiyyət həddini aşma cinayət əməlinin biridir. Ümumiyyətlə bu maddənin onun hərəkətinə tətbiqini mən anlamıram. Guya ki, o, adam döyə bilər. Bu dəfə isə səlahiyyət həddini aşıb. Hesab edirəm ki, 309.2 maddəsinə xitam verilməli, onun əvəzinə xuliqanlıq və ya adamdöymə ilə bağlı maddələr əsas götürməlidir. Döymə faktı ilə bağlı deputatla sıravi şəxs arasında nə fərq var? Qeyd etdiyimiz maddələrlə sabiq deputat ittiham olunarsa, onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”. 

Xatırladaq ki, Eldəniz Səlimov iyulun 29-da Xaçmaz rayonunda karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. İnsident zamanı o, sərxoş halda polisi döyərək ona xəsarət yetirib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO