Paşinyan dünən parlamentə qoşun yeridib? – Jurnalistlər şoka düşüb

Paşinyan dünən parlamentə qoşun yeridib? – Jurnalistlər şoka düşüb

Hazırda oxunan: Paşinyan dünən parlamentə qoşun yeridib? – Jurnalistlər şoka düşüb

30971

"Dünən yeni qurulan parlamentin ilk iclasında səlahiyyətlilər jurnalistlərin sərbəst hərəkətini məhdudlaşdırmaq üçün parlamentin ərazisinə bütöv bir batalyon yerləşdirdi”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Qraparak" qəzeti yazıb.

“Rəsmilər bunun təhlükəsizlik səbəbiylə edildiyini dedi. Parlamentin yeni binasına girməyimizə, tanınmış "Laçın dəhlizi" ilə getməyə, parlamentdəki iqtidar fraksiyasının kabinetlərinə yaxınlaşmağa icazə verilmədi. Bilərəkdən qarışıq yolla getdik. Bunu ona görə etdilər ki, vitse-spikerlərin kabinetlərinin qarşısından keçməyək. İlk dəfə parlamentdə olan bəzi təhlükəsizlik zabitləri bu vəziyyətdən narazı idilər, bizdən onları günahlandırmamağımızı istədilər. Onlar əmri yerinə yetirdiklərini dedilər”, deyə mənbə qeyd edib.

“27 oktyabrdan sonra parlamentdə belə çirkin məhdudiyyətlər tətbiq edilməyib”. Qəzet fikirlərini belə yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO