Milli Məclisdə Eldəniz Səlimovun məsələsi müzakirə edilir

Milli Məclisdə Eldəniz Səlimovun məsələsi müzakirə edilir

Hazırda oxunan: Milli Məclisdə Eldəniz Səlimovun məsələsi müzakirə edilir

30966

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb.

Bizim.Media xəbər verir ki, toplantını parlamentin sədri Sahibə Qafarova açıq elan edib.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

İclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələdir.

Məsələ barədə parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov məlumat verir.

Komissiya sədri bildirib ki, Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə təqdimat göndərib:

"Təqdimata dünən İntizam komissiyasının iclasında baxılıb və E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edilib".
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan polisi döyən deputatla bağlı AÇIQLAMA


Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO