Tokio 2020: Azərbaycanlı güləşçi yarımfinala çıxdı

Tokio 2020: Azərbaycanlı güləşçi yarımfinala çıxdı

Hazırda oxunan: Tokio 2020: Azərbaycanlı güləşçi yarımfinala çıxdı

30961

Ukrayna yunan-Roma güləşi millisinin əslən azərbaycanlı üzvü Pərviz Nəsibov (67 kq) Tokio 2020-nin yarımfinalına vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, o, 1/8 finalda Danimarka təmsilçisinə 5:1, sonrakı mərhələdə isə rusiyalı dünya və ikiqat Avropa çempionu Artyom Surkova sonuncu xal prinsipinə əsasən qalib gəlib (1:1).

23 yaşlı güləşçi finala vəsiqə uğrunda misirli Mohamed İbrahim Elsayed ilə üz-üzə gələcək.

Qeyd edək ki, Nəsibov cari ilin mayında Bolqarıstanda keçirilən Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son təsnifat turnirində Azərbaycan təmsilçisi Rəsul Çunayevi məğlub etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO