Yaylaqda köməksiz qalan şəxs xilas edildi

Yaylaqda köməksiz qalan şəxs xilas edildi

Hazırda oxunan: Yaylaqda köməksiz qalan şəxs xilas edildi

30930

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında “Hacıyusif yaylağı” adlanan ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

FHN-in növbəti qrupu Türkiyəyə çatdı - FOTO


Vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xilasedicilər tərəfindən çətin keçilən mürəkkəb relyefli ərazi ilə xərək vasitəsilə daşınaraq təhlükəsiz əraziyə təxliyə olunub və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadasına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO