Yol polisindən sürücülərə MÜRACİƏT

Yol polisindən sürücülərə MÜRACİƏT

Hazırda oxunan: Yol polisindən sürücülərə MÜRACİƏT

30848

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı sürücülərə müraciət edib.

BDYPİ-dən Bizim.Media-ya daxil olan müraciətdə deyilir:

“Müşahidələrimiz göstərir ki, bir çox hallarda sürücülər tərəfindən, xüsusən də respublika əhəmiyyətli avtomobil yollarında qarşıda hərəkətdə olan avtomobillə düzgün ara məsafəsi saxlanılmır və nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsi tələblərinə riayət edilmir.

Yol şəraitinə uyğun müəyyən olunmuş sürət həddini isə heç bir halda aşmaq olmaz, çünki sürət yüksək olduqda sürücü qarşısına çıxan maneəni vaxtında dəf edə bilmir və qəza qaçılmaz olur.

Təsadüfi deyil ki, son vaxtlar nəqliyyat vasitələrinin arxadan toqquşması halları çoxalıb və bu da ara məsafəsinin düzgün seçilməməsi ilə bağlıdır. Burada həmçinin sürücü diqqətsizliyi vacib rol oynayır və isti hava şəraitinin də sürücülərin əhvalına müəyyən təsirləri olduğunu nəzərə alaraq yuxulu, yorğun və əzgin halda sükan arxasına əyləşməməyi tövsiyə edirik.

Unutmayaq ki, xırda hesab etdiyiniz qayda pozuntusu belə sonda faciəvi qəza ilə nəticələnə bilər.

Bu səbəbdən, Baş DYP İdarəsi bir daha bütün sürücülərdən sükan arxasında intizamlı olmağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi xahiş edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO