Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda günlərdir davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verməmək məqsədilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının, o cümlədən yanğınsöndürənlərimizin qardaş ölkədəki uğurlu fəaliyyəti davam etməkdədir.
Bizim.Media xəbər verir ki, yanğınsöndürənlərimiz Muğlanın Marmaris rayonunda daha bir kəndi yanğın təhlükəsindən xilas edib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədəki yanğınla bağlı SON MƏLUMAT – Nazir AÇIQLADI
Bundan əlavə, bölgədə alışma müşahidə olunan daha bir ərazidə yanğın ocağı yanğınsöndürənlərimiz tərəfindən söndürülüb.
Bizim.Media