Kür yalnız çay yox, həm də türk nəsillərindən biridir - ALİMDƏN GİZLİ FAKTLAR

Kür yalnız çay yox, həm də türk nəsillərindən biridir - ALİMDƏN GİZLİ FAKTLAR

Hazırda oxunan: Kür yalnız çay yox, həm də türk nəsillərindən biridir - ALİMDƏN GİZLİ FAKTLAR

30756

"Kür çox qədim Türk nəsillərindən biridir. Onların adı ilə bağlı Azərbaycanın ən böyük çayından başqa Binə Kür, Kür dəşt, Kürəli, Kür Tuba, Kür Yavı və s. şəhər, kənd, mahal adları qalmışdır".

Bizim.Media xəbər verir ki, bu sözləri özünün "Facebook" səhifəsində dilçi alim İlhami Cəfərsoy yazıb. Alim qeyd edib ki, Kür nəslinin adına ilk dəfə er.əv.ll minilliyə aid Xett yazılarında təsadüf edirik:

"Kür həmin mətnlərdə Xatti, yəni Xatay etnoslarından biri kimi göstərilir. Həmin  xataylar Yusif Kənanın və Şah İsmayıl Xətayinin əcdadlarıdır. Xüsusilə maraqlıdır ki, Xett mixi yazılarında Kür etnonimi dinqir işarəsi altında göstərilir. Mətndəki dinqir iş Kur ra göy gurultusuna, ildırıma tapınan etnosu bildirir (Soyrek 1980.s.109)
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda yəhudiləşən TÜRKLƏR – “Bən Mariya Saltux dze, önkü atım Xatun”


O zaman Kür nəsli şimal-şərqi Anadoluda Kür çayının başlandığı yerdə yaşayırdı. Sonra onların bir hissəsi Təbriz yaxınlığına, bir hissəsi Albaniyaya köçdü. Bərdə ilə Gəncə arasında Bərdə Kür şəhərini saldılar. Orta əsrlərdə güclü düşmənlərlə vuruşa-vuruşa Dağıstana çəkildilər. Onların yeni yurd yeri tarixi mınbələrdə Kür, Kürə, Kürəli adlandırılır.

Övliya Çələbi yazır ki, Kürəli 20 kənddən ibarət sultanlıqdır. Əhalisi türk və tatar dillərinin qatışığında danışır. 1926-cı ildə onların sayı 3.683 nəfər idi (Yakovlev 1930. s.39).

Kür dili akad.Marra, Meşşaninova, Rozaliya Şora görə Yafəs dillərindən biridir. Yəni sami dillərinin təsirinə uğramış türk dillərindəndir. 

Hacı Zeynalabdin Tağıyevin 2-ci xanımı Dağıstanın Kür bəylərindən birinin qızı idi. Dağıstanın Kür xalqı bizim qan qardaşlarımızdır. Mən 2019-cu il dövlət plan işimi onların dilinin və mədəniyyətinin tədqiqinə həsr etdim. Məlum oldu ki, bizi Dağıstan xalqları ilə çoxlu etnik və mənəvi tellər bağlayır. Dağıstan xalqları ilə tarixi bağlarımızı dövlət siyasəti səviyyəsinə qaldırmalıyıq. Onları ruslardan qoparmalı, hər cür qayğı ilə özümüzə bağlamalıyıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO