Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi Yasin Yaprak azərbaycanlı yanğınsöndürənlərinə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, "Report"un yerli bürosuna müsahibə verən Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi Yasin Yaprak azərbaycanlı yanğınsöndürənlərin fəaliyyətindən bəhs edib:
MÖVZU İLƏ BAĞLI:
Türkiyədəki yanğınla bağlı SON MƏLUMAT – Nazir AÇIQLADI
"Günlərdir davam edən çətin və təhlükəli yanğınsöndürmə əməliyyatlarında bizə dəstək olan qardaş Azərbaycana, azərbaycanlı yanğınsöndürənlərə və onların göndərilməsini təmin edən ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Onlarla birlikdə apardığımız fəaliyyət çox əlverişli oldu, buradakı əməliyyatlarda da öz peşəkarlıqlarını nümayiş etdirdilər".
Bizim.Media