Bağçalara qəbul qaydaları açıqlandı – Valideynlərin NƏZƏRİNƏ! 

Bağçalara qəbul qaydaları açıqlandı – Valideynlərin NƏZƏRİNƏ! 

Hazırda oxunan: Bağçalara qəbul qaydaları açıqlandı – Valideynlərin NƏZƏRİNƏ! 

30718

Avqustun 2-dən paytaxtın uşaq bağçaları elektron qaydada qəbula keçir.  

Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, ilkin olaraq sayt vasitəsi ilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssələrinə uşaqların elektron qaydada qəbulu həyata keçiriləcək.  

Bağçalara uşaq qəbulunun elektron qaydada həyata keçirilməsi üçün “bakibagcayaqebul.edu.az” saytı yaradılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Emin Əmrullayevdən bağçalarla bağlı AÇIQLAMA


İstifadəçiləri maraqlandıran bütün suallar, o cümlədən qeydiyyatdan keçmə qaydası ilə bağlı sualların cavabları bu saytda yerləşdirilib. Saytın istifadəyə verilməsi üçün sınaq testləri keçirilib və avqust ayının 2-dən saat 9:00 dan etibarən sayt fəaliyyətə başlayacaq. 

Valıdeynlər sayta daxil olaraq, müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək.

Boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək. 

Bundan başqa prosses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin aydınlaşdırılması üçün iş günləri saat 09-00-dan 18-00-a kimi “22-24" nömrəli qaynar xətt fəaliyyət göstərəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO