Lavrov: «Qarabağda atəşkəs ABŞ və Fransanın iştirakı ilə həll olunub»

Lavrov: «Qarabağda atəşkəs ABŞ və Fransanın iştirakı ilə həll olunub»

Hazırda oxunan: Lavrov: «Qarabağda atəşkəs ABŞ və Fransanın iştirakı ilə həll olunub»

3065

«Dağlıq Qarabağda atəşin dayandırılması məsələsi həm ABŞ, həm də Fransanın iştirakı ilə həll olunub».

Bizim.Media-nın məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu ölkələrin ATƏT Minsk qrupunun həmsədri qismində mövqeləri qərarlar qəbul edilərkən nəzərə alınıb.

“Mən hesab etmirəm ki, məsələ ABŞ-ın iştirakı olmadan həllini tapıb''.

''Çünki üç həmsədr dövlətin – Rusiya, Fransa, ABŞ -, mövqeləri noyabr razılaşmasından əvvəl prezidentlər, nazirlər, həmsədr ölkələrin xüsusi nümayəndələri səviyyəsində dəfələrlə bəyan edildi''.

''Bu mövqe qan tökülməsinin dərhal dayandırılması və atəşkəsə nəzarət mexanizminin hazırlanmasından ibarət idi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO