Bakıda

Bakıda "patı" satışı ilə məşğul olan şəxslər saxlanıldı - VİDEO

Hazırda oxunan: Bakıda "patı" satışı ilə məşğul olan şəxslər saxlanıldı - VİDEO

30570

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun əsasən “Kubinka”, “Şamaxinka” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın
qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 3 nəfər tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Saatlı sakini "patı"ya görə saxlanıldı


Bildirilib ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Vüqar İsmayılov saxlanılıb.

Onun üzərindən 11 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə psixotrop maddəni satan Nəsimi rayon sakini Aydın Allahverdiyev də tutularaq istintaqa cəlb edilib.

Bu şəxsin üzərindən də psixotrop maddə olan metamfetamin aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Bəhruz Əliyev də saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı 600 qrama yaxın metamfetamin və 8 qram heroin aşkar olunub.

Bəhruz Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu xarici ölkə vətəndaşından əldə edib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanılıb.

Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO