Bakı-Qazax yolunda 2 yük maşını toqquşdu - Xəsarət alan var

Bakı-Qazax yolunda 2 yük maşını toqquşdu - Xəsarət alan var

Hazırda oxunan: Bakı-Qazax yolunda 2 yük maşını toqquşdu - Xəsarət alan var

30547

Ucarda "Qazel" "TIR"-la toqquşub. 

Bizim.Media xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

Ucar rayonunun Qazyan kənd sakini, 1978-ci il təvəllüdlü Ceyhun Rəhim oğlu Rəhimovun idarə etdiyi "Qazel" markalı maşın Türkiyə vətəndaşı, 1960-cı il təvəllüdlü Fateh Şahinerin idarə etdiyi "TIR"ın arxa hissəsinə çırpılıb. 

Hadisə nəticəsində müxtəlif xəsarətlər alan C. Rəhimov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO