Rusiya XİN Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır
"Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində silahlı insidentlər bizi ciddi narahat edir".
Bizim.Media Rusiyanın Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə Nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycan Ermənistan sərhədindəki gərginliyi şərh edərəkən deyib.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində insan tələfatına səbəb olan silahlı insidentlər bizi ciddi narahat edir:
“Ölənlərin ailələrinə başsağlığı veririk, yaralıların və xəsarət alanların tezliklə sağalmasını diləyirik. Tərəfləri vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə, ortaya çıxacaq bütün problemləri siyasi və diplomatik yolla həll etməyə çağırırıq. Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaşması üçün de-eskalasiya tədbirləri və sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə işlərin başlanması ilə bağlı bütün lazımi köməyi göstərməyə hazırdır”, deyə rusiyalı diplomat bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:37 / 30.07.2021
Rəsmi Moskva Azərbaycan və Ermənistana səsləndi – SƏBƏB
Hazırda oxunan: Rəsmi Moskva Azərbaycan və Ermənistana səsləndi – SƏBƏB
Hazırda oxunan: Rəsmi Moskva Azərbaycan və Ermənistana səsləndi – SƏBƏB
30496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.