Ermənilər KƏLBƏCƏRDƏ... “Azərbaycanı KTMT ilə üzbəüz qoymağa çalışırlar”

Ermənilər KƏLBƏCƏRDƏ... “Azərbaycanı KTMT ilə üzbəüz qoymağa çalışırlar”

Hazırda oxunan: Ermənilər KƏLBƏCƏRDƏ... “Azərbaycanı KTMT ilə üzbəüz qoymağa çalışırlar”

30490

“Azərbaycanı daha böyük provokasiyalar, KTMT ilə üzbəüz qoymağa çalışırlar” fikirləri ilə Ermənistanın PUA dezinformasiyasını şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, İrəvandan Moskvaya verilən məlumatlarda iddia olunur ki, sərhəd boyunca irimqyaslı döyüşlər gedir.

Bizim.Media ilə dialoq zamanı Qabil Hüseynli ermənilərin yalana söykənən məruzələrindən bəhs etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Növbəti müharibə ANONSU: “Rusiya göz yumacaq və Ermənistan...” – Politolqodan AÇIQLAMA


Guya Azərbaycan tərəfi pilotsuz uçuş aparatlarından da istifadə edir:

“Halbuki, döyüş gedən sahələrdə PUA-ların tətbiq edilməsinə heç bir ehtiyac yoxdur. Orada lokal xarakterli qarşıdurmalar gedir, atışmalar olub və ermənilərin demək olar ki, bütün atəş nöqtələri sudurulub. Yəni, dağlıq ərazilərdə PUA-ın istifadəsi ciddi çətinliklərlə qarşılaşır. Üstəlik, gedən əməliyyatlar PUA-ların tətbiqinə heç bir ehtiyac yaratmır, atışmalar yüngül atıcı avtomatlar vasitəsilə baş verir. Ermənilər bir neçə dəfə qumbaraatandan istifadə ediblər və bunun da cavabını alıblar. 

Ermənilər Fransa, Rusiya, dünya ictimai rəyinə, KTMT rəhbərliyinin rəyinə belə bir şeyi aşılamaq istəyirlər ki, guya Azərbaycan Ermənistan ərazilərinə hücum çəkir və Ermənistan ordusu hücumları dəf edir. Guya Azərbaycan  ordusu bütün döyüş vasitələrindən istifadə edir və Ermənistan da müdafiə olunur. Baş verənlərin o qədər saxtakar bir mənzərəsini cızırlar ki, o qədər şişirdilmiş mənzərə yaradırlar ki, adam məəttəl qalır.

Əslində baş verənlər lokal xarakter daşıyır və qısa müddətdə də atəşkəsin təmin edilməsi həyata keçirilir. Ermənilər isə yeni-yeni provokasiyalar üzərində düşünürlər.

Belə saxtakar yolla, bu cür böhtançı mövqe ilə ictimai rəydə Azərbaycanın imicinə xələl gətirmək baş tutmayacaq”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO