Basarkeçərdə zəlzələ oldu - DETALLAR

Basarkeçərdə zəlzələ oldu - DETALLAR

Hazırda oxunan: Basarkeçərdə zəlzələ oldu - DETALLAR

30441

Ermənistanın Basarkeçər rayonunun Şorca kəndinin yaxınlığında 3.6 bal gücündə zəlzələ qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

Mənbə bildirir ki, yeraltı təkanlar dünən saat 21:10 radələrində qeydə alınıb. Zəlzələnin episentri kənddən 3 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə 4-5 bal gücündə olub.

Sevan, Kəvər, Çəmbərək şəhərlərində, Şoxakat kəndində 3-4 bal gücündə zəlzələ hiss edilib. 

Zəlzələ Kotayk vilayətinin Abovyan, Tavuş vilayətinin Aygedzor kəndində 2 bal gücündə olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO