Zaxarova Qarabağa qayıdan ermənilərin sayını açıqladı

Zaxarova Qarabağa qayıdan ermənilərin sayını açıqladı

Hazırda oxunan: Zaxarova Qarabağa qayıdan ermənilərin sayını açıqladı

3041

“Kəlbəcər rayonundan əhali kütləvi şəkildə Ermənistana gedir”.

Bizim.Media-nın xəbərinə görə bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, noyabrın 14-dən Dağlıq Qarabağa üç mindən çox insan qayıdıb:

“Onların sayı 3 054 nəfərdir”.

Rusiya XİN-in rəsmisi bildirib ki, noyabrın 13-dən 382 nəfərin meyiti təhvil verilib və bu rəqəm hər iki tərəfi əhatə edir”.

M.Zaxarova ölkəsinin bu istiqamətdə ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi planlaşdırdığını qeyd edib:

“Hesab edirik ki, BQXK Dağlıq Qarabağda baş verən humanitar nəticələrin aradan qaldırılmasında vacib rol oynaya bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO