Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Füzuli şəhərində olublar.
Bizim.Media xəbər verir ki, nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Parlament sədrləri Şuşadan Füzuliyə yola düşdülər
Qonaqlar erməni vandalları tərəfindən dağıdılan Füzuli Mədəniyyət Evi-Dram Teatrının, Arxiv İdarəsinin binalarına baxış keçirdikdən sonra Füzuli Beynəlxalq Hava Limanı, həmçinin “Füzuli” yarımstansiyası ilə tanış olublar.
Bizim.Media