“Erməni mediası bildirir ki, Avropa Şurası Parlament Assambleyasında 2020-ci ilin sentyabr ayında Qarabağda guya Azərbaycanın başlatdığı 44 günlük savaşın humanitar nəticələrini mövzu olaraq ələ alan xüsusi bir hesabat yayınlanması düşünülür”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində deputat fazil Mustafa yazıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın çəkici Ermənistanın öz başına enəcək - Erməni mediası
Onun sözlərinə görə, sənədin gerçəkləri olduğu kimi əks etdirməsi, Azərbaycanın işğal olunmuş ərazilərini beynəlxalq hüquqa uyğun olaraq azad etməsi kimi məqamların xüsusi olaraq vurğulanması, 30 ildə baş verən erməni terrorunun yüzminlərlə insanın həyat faciəsinə çevrilməsi kimi məqamlarla yanaşı bu hesabatın başlığına da ayrıca diqqət yetirilməlidir:
“Hər halda erməni mediası bunu "Azərbaycanın başlatdığı savaş" kimi təqdim edirsə, demək ki, narahatçılığa əsas var.
Biz bu adı "Ermənistanın atəşkəsi pozaraq mövqelərimizə atəş açmasından sonra Azərbaycan tərəfi əks-hücuma keçərək düşməni geri çəklməyə məcbur etmişdir" formasına yazdırmaqda israrçı olmalıyıq."
Bizim.Media