Ağcabədidə küçəyə atılan yeni doğulmuş körpə ilə bağlı YENİ MƏLUMAT

Ağcabədidə küçəyə atılan yeni doğulmuş körpə ilə bağlı YENİ MƏLUMAT

Hazırda oxunan: Ağcabədidə küçəyə atılan yeni doğulmuş körpə ilə bağlı YENİ MƏLUMAT

30354

Məlum olduğu kimi, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən Şəhidlər xiyabanının qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılıb və onun səhhətinin normal olması müəyyən edilib.

Bizim.Media xəbər verir ki, Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib, sonuncu ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti ilə bağlı AÇIQLAMA


Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO