Kremldən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA 

Kremldən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Kremldən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA 

30353

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin kəskinləşməsindən xəbərdar olduğunu deyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “RİA Novosti” agentliyində yer alıb.

Peskov Rusiya nümayəndələrinin atəşkəsi bərpa etmək üçün çox səy göstərdiyini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərdən daha bir MƏLUMAT YAYDI


"İş davam edir". O, bunu “Moskva Ermənistan sərhədini mühafizə altına almağa hazırdırmı və Azərbaycanla münasibətlərin kəskinləşməsindən qorxurmu?” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiya İrəvan və Bakı ilə üçtərəfli razılaşmaları həyata keçirmək üçün çalışır.

“Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi xahişi yerinə yetiriləcəkmi?” sualına isə Peskov "İrəvanla təmaslarımız davam edir" cavabını verib.

"Əlavə edəcək başqa sözüm yoxdur". Kremlin sözçüsü fikirlərini belə yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO