Bu qruplar üzrə 3 nəfər yüksək bal topladı

Bu qruplar üzrə 3 nəfər yüksək bal topladı

Hazırda oxunan: Bu qruplar üzrə 3 nəfər yüksək bal topladı

30309

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 14-15 iyul 2021-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Bizim.Media xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 14-15 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbul imtahanında ən yüksək nəticəni o göstərdi


İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37 793 abituriyentdən (II qrup üzrə 16 758 nəfər, III qrup üzrə 21035 nəfər) 1767 nəfəri (II qrup üzrə 1021 nəfər, III qrup üzrə 746 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər - Salyan rayonu, 4 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 192 saylı orta məktəbin məzunları göstəriblər. Salyan rayonu, 4 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 396.2 bal toplayan Bakı şəhəri, 323 saylı məktəbin məzunu göstərib.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhəri, 21 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın II mərhələsində 385.2 bal, I mərhələsində isə 294.8 bal, toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 680 baldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO